Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Piyadaların döyüş maşınları ekipajlarının döyüş vərdişləri təkmilləşdirilir

27.04.2023 [10:44]

Xəbərin mətni

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, piyadaların döyüş maşınları (PDM) ekipajlarının döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə çalışmalar icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumqoşun poliqonunda keçirilən döyüş atışlı təlimlərdə PDM ekipajları sürücülük və atəş hazırlığı üzrə praktiki çalışmaları yerinə yetiriblər.