SİYASƏT


Ketrin Kolonna: Fransa Azərbaycanla Ermənistan arasında sülh istəyir

Fransa istəyir ki, Azərbaycan və Ermənistan arasında sülh olsun. Toqquşmaların qarşısının alınması vacibdir. Azərbaycan sülh müqaviləsi üçün cəhdlər edir və bunu alqışlayırıq. Sülhə gedən yol çətin yoldur, səbir, təmkin tələb edir. Bununla bağlı gələcək panlar da qurulmalıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdikləri birgə mətbuat konfransında bildirib.