CƏMİYYƏT


Strasburqda Türkiyədə zəlzələdən sonra bərpada həmrəyliyin rolundan danışılıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində Türkiyənin qurumdakı nümayəndə heyəti tərəfindən “Türkiyə əsrin fəlakətindən sonra: faktlar, təsirlər və bərpada həmrəyliyin rolu” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə parlamentarilər, Azərbaycan nümayəndə heyətinin üzvləri, yerli jurnalistlər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Əvvəlcə zəlzələnin nəticələrini əks etdirən sənədli film nümayiş olunub, iştirakçılara zəlzələ baş vermiş region haqqında statistik məlumatlar verilib.