Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-da qum fırtınası nəticəsində 6 nəfər ölüb

02.05.2023 [11:19]

Xəbərin mətni

ABŞ-nin İllinoys ştatında qum fırtınası səbəbindən 100-ə yaxın avtomobil toqquşub. Nəticədə altı nəfər həlak olub, 30-dan çox insan yaralanıb. Qəza magistral yolda baş verib. Polisin məlumatına görə, fırtına zamanı 40-60 avtomobil və 30-a yaxın yük maşını toqquşub, onlardan ikisi alovlanıb.