SİYASƏT


ADA Universitetində Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 40-dək nümayəndəsinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, ABŞ dövlət katibinin sabiq köməkçisinin müavini, Özbəkistanın Ali Məclisi Senatı sədrinin keçmiş birinci müavini və digər qonaqlar iştirak ediblər.