Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində zəlzələ: 11 min insan təxliyə olundu

03.05.2023 [11:15]

Təxminən 935 min əhalisi olan Baoşan şəhərindən 35 kilometr şimal-şərqdə 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 40 km dərinlikdə olub.
Çin hökuməti zəlzələ bölgəsindən 11 minə yaxın insanı təxliyə edib. Bu barədə təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə yerli qərargah açıqlayıb.