Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kremlə dron hücumunun görüntüləri yayılıb

03.05.2023 [17:02]

TASS xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.
Məlumata görə, rusiyalı hərbçilər və xüsusi xidmət orqanları gecə 3 radələrində Kremlə hücum edən iki pilotsuz uçuş aparatını zərərsizləşdirib. Hadisə zamanı xəsarət alan olmayıb.

“Kreml Kiyev rejimi tərəfindən zərbə cəhdini Qələbə Günü ərəfəsində Rusiya Prezidentinə qarşı sui-qəsd və planlaşdırılmış terror aktı kimi qiymətləndirir”, - deyə məlumatda qeyd olunub. 

Rusiyanın teleqram kanallarında Kremlin sözügedən PUA-ların zərərsizləşdirilməsindən sonrakı görüntüləri paylaşılıb.