DÜNYA


İtaliyada güclü leysan yağışları sel və daşqınlara səbəb olub

İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda iki gündür davam edən güclü leysan yağışları sel və daşqınlara səbəb olub.
AZƏRTAC xəbər verir ki, Bolonyada ən çox ziyan dəyən bölgəyə 200 millimetr yağış yağdığı, Ravenna əyalətində isə beş min insanın təxliyə riski altında olduğu bildirilib. Leysan yağışları nəticəsində çaylar daşıb, yüzlərə evi su basıb, yollar və tunellər bağlanıb. Daşqın və torpaq sürüşməsində iki nəfər həlak olub, bir nəfər itkin düşüb.