MƏDƏNİYYƏT


“Nargis” Fondu “YayLand Fest” xeyriyyə yarmarkasını açdı

Mayın biri “YayLand Fest” xeyriyyə yarmarkası qapılarını Bakı sakinləri və qonaqları üçün açıb.
AZƏRTAC xəbər verir ki, 2023-cü ildə “Nargis” Fondu tarixində bir ilkə imza atdı və Fəvvarələr meydanında nağıllar aləminə bənzər “YayLand Fest” yarmarkasını təşkil edərək Bakının mərkəzinə yay əhval-ruhiyyəsi gətirdi. Ən önəmlisi isə, “YayLand Fest” sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarka başa çatdıqda maliyyə hesabatı və ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq.