Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Çində qum tufanı

04.05.2023 [17:40]

Çinin Sincan Uyğur Muxtar Rayonunda güclü qum tufanı müşahidə olunub. Təkləməkan səhrasının kənarında yerləşən Vensu dairəsində qum fırtınasının hündürlüyü 100 metrə çatıb. Avtomobil yollarında gözlə görmə məsafəsi 100 metrdən az olub. Meteorologiya xidməti qum dumanının mayın 5-dək davam edəcəyini proqnozlaşdırıb.