CƏMİYYƏT


Dünyanın ən böyük təndiri

Ən çox istifadə etdiyimiz qida olan çörək müxtəlif vasitələrlə bişirilsə də, ən dadlı və ləziz çörəklərin təndirdə hazırlandığı danılmazdır. İndi haqqında danışacağımız təndir formasına görə sizi təəccübləndirəcək. Çünki bu, dünyanın ən böyük təndiridir. Təndir Astara şəhərində, Xəzər dənizinin sahilində, park-bulvar kompleksinin yaxınlığında yerləşir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təndir 2015-ci ildə, üç ay ərzində lənkəranlı ustalar tərəfindən inşa edilib. Hündürlüyü 6,5, eni isə 12 metrdir.