RƏSMİ


Prezident İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərində inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına layihə barədə məlumat verildi.
Bildirildi ki, inzibati bina Zəngilan şəhərinin mərkəzində, əsas küçələrin kəsişməsində yerləşir. Bu ərazi əsas ictimai obyektlərə, təhsil müəssisələrinə, peşə məktəbinə, memorial parka və məscidə yaxındır.