DÜNYA


Çindəki Türkiyə vətəndaşları dörd məntəqədə səs verirlər

Çində müvəqqəti və daimi yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə prosesinə start verilib.
AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyənin Pekindəki səfirliyində, habelə Şanxay, Quancou və Honkonqdakı baş konsulluqlarında mayın 5-i səhər saat 9:00-dan mayın 7-si saat 21:00-dək keçiriləcək. Seçici siyahısına 4 min 344 Türkiyə vətəndaşının adı daxil edilib.