SİYASƏT


HDQ-də Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
Müdafiə Nazirliyi rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına qızılgüllər düzülüb, xatirəsi ehtiramla yad edilib.