DÜNYA


Konqoda torpaq sürüşmələri 400-ə yaxın insanın ölümünə səbəb olub

Konqonun şərqindəki Cənubi Kivu əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri 394 nəfərin həyatına son qoyub. Bu barədə yerli administrasiyanın nümayəndələri xəbər veriblər. Ölənlərin cəsədlərinin Buşu, Nyamukubi kəndlərində və Kivu gölündə tapıldığı bildirilir. Respublika hakimiyyəti mayın 8-ni daşqınlar nəticəsində həlak olanlar üçün milli matəm günü elan edib.