CƏMİYYƏT


Göyçaylı uşağı hər kəsdən fərqləndirən onun barmaq sayıdır

Dünyanın bir çox ölkələrində əllərində və ayaqlarında anadangəlmə 5 yox, 6 barmaqla doğulan uşaqlar olur. Onların çoxu sonradan artıq barmağı əməliyyat elətdir, bəziləri isə həyatlarını 6 barmaq ilə davam edir.
Göyçay rayon İnçə kənd sakini Abdul Xəlilovu hər kəsdən fərqləndirən onun barmaq sayıdır. Onun əl və ayaq barmaqlarında hamı kimi 20 yox 24 barmağı var. Amma bu azyaşlının hərəkətlərində ciddi çətinlik yaratmır.