DÜNYA
Çində daşqınlarla mübarizəyə cəlb olunan 4 nəfər itkin düşüb
08.05.2023 [18:40]
Çinin Fucien vilayətində bir neçə gündür davam edən şiddətli yağışların törətdiyi fəsadlarla mübarizəyə cəlb olunmuş işçilərdən 4-ü itkin düşüb.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə mayın 7-də səhər Lonyan şəhərinin Sinluo rayonunda baş verib. Onlar Lonçuan çayında suyun səviyyəsini ölçərkən üzərində olduqları körpünü su aparıb. Sinluoda şiddətli yağışların törətdiyi fəsadlarla mübarizəyə müxtəlif qurumlardan 2 mindən çox işçi cəlb olunub. Bölgəyə düşən yağıntının miqdarı (247 millimetr) 1961-ci ildə qeydə alınmış rekordu yeniləyib. İtkin düşənlərin axtarışlarına 500 nəfər cəlb olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
28.05.2023 [17:22]
28.05.2023 [01:20]
28.05.2023 [18:33]
25.05.2023 [22:19]
25.05.2023 [18:10]
21.04.2023 [09:33]