CƏMİYYƏT


Laçında çimərliyin salınmasından görüntülər

Laçın şəhərində tikinti-quruculuq işləri sürətlə davam edir.
AZƏRTAC xəbər verir ki, şəhərin giriş hissəsindən körpünün sol istiqamətində Həkəri çayında göl yaradılıb.
Gölün ətrafında abadlıq işləri görülür, müxtəlif işıqlandırma, istirahət zonaları qurulur. Maraqlısı isə gölün ətrafında uşaqlar üçün çimərliyin salınmasıdır. İnsanların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması da nəzərdə tutulub.