SİYASƏT


Parisdə Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən Fransada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, fransız diplomatlar, tədqiqatçılar, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətin ən çətin anlarında onu tənəzzüldən xilas edərək, tərəqqi yoluna çıxardığını vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub.