Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər
09.05.2023 [14:20]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.