Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub
09.05.2023 [19:52]
Xəbərin mətni
Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.