Azərbaycan Dövlət İnformasiya Agentliyi

Laçında Sarıbaba dağından şəhərədək 8900 metr uzunluğunda su xətti çəkilib, şəhərin abadlaşmasında çalışan laçınlıların iştirakı ilə ağacəkmə aksiyası keçirilib

10.05.2023 [19:51]

Xəbərin mətni

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi işğaldan azad olunmuş Laçın şəhərində xüsusi hadisə ilə qeyd edilib. Laçın rayonunun Sarıbaba dağ silsiləsində, dəniz səviyyəsindən 1840 metr yüksəklikdəki Xırmanlar kəndi ərazisindən şəhərin dağ yamacına 8900 metrlik su xətti çəkilib.