RƏSMİ


Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışları olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşada Xurşidbanu Natəvan və Zəfər küçələrində, həmçinin Qarabağ və Xan Şuşinski küçələrinin kəsişməsindəki lövhələrin açılışlarında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma küçələrdə görüləcək işlər barədə məlumat verildi.