CƏMİYYƏT


"Telegram"da kriptovalyuta alqı-satqısı adı altında 20-yə yaxın şəxs aldadıldı

Teleqramda insanları kriptovalyuta alqı-satqısı həyata keçirmək adı altında aldadan və onların kart məlumatlarını ələ keçirərək hesablardakı pulları oğurlayan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyə naməlum şəxsin teleqram ani mesajlaşma sistemində elanlar yerləşdirərək şəbəkə istifadəçilərini beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə ediləcəyi adı altında aldadaraq onlara qarşı dələduzluq edildiyi barədə çoxsaylı müraciətlər daxil olub. Müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır