CƏMİYYƏT


Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi tədbirlərlə qeyd olunub

Daşkənddə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi önündə böyük mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Saidov, mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.