SİYASƏT


Hanoyda Ümummilli Liderin 100 illiyinə həsr olunan konfrans keçirilib

Hanoyda Vyetnam Diplomatik Akademiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev: Azərbaycan və Vyetnam arasında dostluğun qurulmasında tarixi missiya” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Vyetnamdakı səfirliyi və Vyetnamın Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılışında çıxış edən akademiyanın rektoru Pham Lan Dunq və ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə Azərbaycan ilə Vyetnam xalqları arasında dostluq münasibətlərinin qurulmasında Heydər Əliyevin müstəsna xidmətlərindən danışıblar.