DÜNYA
Çin kosmik stansiya üçün növbəti yük gəmisini orbitə göndərib
11.05.2023 [19:10]
Çin özünün kosmik stansiyasının quraşdırılması üçün növbəti yük gəmisi olan “Tiencou-6”nı (Tianzhou-6) orbitə göndərib.
AZƏRTAC xəbər verir ki, kosmik gəmini orbitə “Böyük yürüş-7 Y7” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan mayın 10-da axşam saatlarında baş tutub. Stansiyadakı kosmonavtlar üçün həyati əhəmiyyətli yükləri, o cümlədən 70 kiloqram meyvə, habelə stansiyada quraşdırma işləri üçün lazım olan avadanlığı aparan yük gəmisi Pekin vaxtı ilə mayın 11-də saat 5:16-da “Tienhe” kosmik stansiyasının əsas modulu ilə birləşib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
01.06.2023 [17:15]
01.06.2023 [17:13]