SİYASƏT
“Anadolu Qartalı - 2023” təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib
11.05.2023 [21:35]
Mayın 11-də Türkiyə Respublikasının Konya şəhərində “Anadolu Qartalı – 2023” beynəlxalq taktiki-uçuş təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov beynəlxalq təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək üçün Konya şəhərinə gəliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]