SİYASƏT
Əlahiddə Ümumqoşun Orduda kimya manqaları ilə toplantı keçirilib
12.05.2023 [14:45]
Əlahiddə Ümumqoşun Ordunun “2023-cü il döyüş hazırlığı planı”na əsasən birləşmə və hissələrin ştatdankənar kimya manqaları ilə toplantı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantı zamanı ştatdankənar kimya manqalarının şəxsi heyətinin taktiki-xüsusi, xüsusi, kütləvi qırğın silahlarından mühafizə hazırlığından və kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə praktiki bilik və bacarıqlarının artırılması məqsədilə məşğələlər təşkil olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]
30.05.2023 [22:12]