DÜNYA


Türkiyə prezident seçkilərinə hazırlaşır

Türkiyə 13-cü prezidentini və 600 millət vəkilini seçmək üçün tam hazırdır.
14 may seçkilərinə artıq saatlar qalıb və bu minvalla da seçki ərəfəsində görüləcək bütün işlər yekunlaşıb. Sabah saat 08:00-dan etibarən hər kəs seçki qutularına öz istədiyi namizədin adını atacaq. Seçkiyə qədər hazırlıq prosesi olduqca ciddi şəkildə aparıldı. Seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi üçün də işlər görülüb və seçki günü Türkiyə Daxili İşlər Nazirliyinin altı yüz mindən çox əməkdaşı müxtəlif ərazilərdə fəaliyyət göstərəcəklər.