Şəhid Məhəmməd Qarayev Qəbələdə torpağa tapşırılıb
13.05.2023 [17:09]
Xəbərin mətni
Ermənistan silahlı qüvvələrinin ötən gün törətdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Qarayev Məhəmməd Mahir oğlunun doğulub boya-başa çatdığı evdə onunla vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhidin nəşi 1 nömrəli Qəbələ şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfndə şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon sakinləri iştirak ediblər.