DÜNYA


Seçkilərlə bağlı Ankaradan ən son məlumat

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.
Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.