DÜNYA


Rəcəb Tayyib Ərdoğan səs verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.
AZƏRTAC xəbər verir ki, o səsvermə prosesinə İstanbul şəhərində qatılıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək.