Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəran sakini evində nadir valları qoruyub saxlayır

15.05.2023 [11:17]

Xəbərin mətni

Lənkəran rayonu Cil kənd sakini Əli Əkbərov 30 ildən çoxdur ki, musiqi vallarının toplanması ilə məşğuldur. O, kolleksiyasında çox nadir musiqi vallarını qoruyub saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əli Əkbərov Lənkəran Regional Mədəniyyət İdarəsinin Şağlaser kənd Sənətkarlıq evinin işçisidir. 1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunu bitirib. Görkəmli opera ifaçısı Mais Salmanov və unudulmaz aktyor Mikayıl Mirzə onun müəllimləri olub.