DÜNYA


Bülletenlərin 100 faizi sayılıb, Ərdoğan 49,35 faiz səs toplayıb

Türkiyədə keçirilən prezident seçkilərində səslərin sayılması prosesi başa çatıb. Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, Kemal Kılıçdaroğlu 45 faiz səs toplayıb.
AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, sağçı ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs qazanıb. Seçici fəallığı Türkiyə üçün rekord - 88,84 faiz təşkil edib. MSK-nın məlumatına görə, namizədlərə verilmiş 53,9 milyon səsdən bir milyondan çoxu etibarsız sayılıb.