Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ukraynadakı Türkiyə vətəndaşları səsvermədə iştirak edirlər

20.05.2023 [14:48]

Ukraynada müvəqqəti və daimi yaşayan Türkiyə vətəndaşlarının prezident və parlament seçkilərinin ikinci turunda səsvermə prosesi start götürüb.
AZƏRTAC xəbər verir ki, səsvermə Türkiyənin Kiyevdəki səfirliyində, Odessadakı baş konsulluğunda mayın 20-si yerli vaxtla saat 9:00-dan başlayıb, mayın 21-i saat 21:00-dək davam edəcək.