CƏMİYYƏT


Gəncədə qadını şantaj edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Gəncə Şəhər Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. Qeyd edək ki, polis əməkdaşları A.Canəliyevi zərərçəkən xanımdan “sonuncu dəfə” 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır