RƏSMİ


Prezident İlham Əliyevin Litvanın Baş naziri İnqrida Şimonite ilə görüşü olub

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində fəal rol oynadığını xüsusi qeyd etdi, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirdi.