DÜNYA


Çin - bərpaolunan enerji üzrə lider

Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Bir çox dövlət bu istiqamətdə proqramlar, strategiyalar qəbul edərək, əməli işlərə başlayıb. İqtisadiyyatın həcminə görə ikinci dövlət olan Çin bərpaolunan enerji sahəsində qısa müddətdə ciddi nailiyyətlər əldə edərək, ambisiyalı hədəflər müəyyənləşdirib. Hazırda Çin bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə dünyanın lider ölkəsidir və bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ni iki dəfə qabaqlayır. Ekspertlərin fikrincə, yaxın vaxtlarda dünya üzrə bərpaolunan enerji potensialının təxminən 43 faizini məhz Çin təmin edəcək. Ötən il Çinin bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı 1000 giqavatta çatıb ki, bu da ölkənin ümumi generasiya gücü potensialının 43,5 faizi deməkdir.