CƏMİYYƏT


Binəqədidə narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb

Biləcəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Şəmsiyə Manafova və Ramazan Cəfərov Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı saxlanılıblar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onların üzərindən və yaşadıqları ünvanlardan 7 kiloqrama yaxın heroin və marixuana aşkar edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır