CƏMİYYƏT


Lənkəranda mövsümün ilk çay yığımına başlanılıb

May ayında havaların yağıntılı keçməsi yaşıl çayın yığımını bir qədər gecikdirsə də, sahələrdən bol məhsul götürüləcəyi proqnozlaşdırılır. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanılması üçün bütün lazımi aqrotexniki qulluq göstərilib. Ötən il çay plantasiyasından 80 tona yaxın yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılıb. Bu il daha çox məhsul toplanılması qarşıya məqsəd qoyulub. May ayında yığılan çay yarpaqları ən keyfiyyətli məhsul sayılır.