Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstanda Müstəqillik Günü qeyd olunub

27.05.2023 [15:50]

Gürcüstanda ilk müstəqil respublikanın qurulmasının 105-ci ildönümü geniş qeyd olunub.
AZƏRTAC xəbər verir ki, paytaxt Tbilisi ilə yanaşı, ölkənin bütün bölgələrində Müstəqillik Günü münasibətilə təntənəli tədbirlər keçirilib. Əsas tədbir paytaxt Tbilisidəki Azadlıq meydanında və mərkəzi Rustaveli prospektində olub. Burada müxtəlif sərgilər, konsert proqramları, əyləncəli oyunlar, teatr tamaşaları təşkil edilib.