Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

27.05.2023 [16:26]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.