SİYASƏT


Budapeştdə Azərbaycanın Müstəqillik Günü qeyd edildi

Heydər Əliyev Fondunun, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən 28 May - Müstəqillik Günü və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Budapeştdə ziyafət təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Macarıstan Milli Assambleyasının, Xarici İşlər və Ticarət Nazirliyinin və Müdafiə Nazirliyinin, digər dövlət qurumlarının və Budapeştdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən 20-dən artıq ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak edib.