SİYASƏT


İlqar Vəlizadə: Bu seçki Rəcəb Tayyib Ərdoğana, onun kursuna xalq tərəfdən olan dəstək idi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərinin ikinci turunda qalib gəlməsi bir daha onu göstərir ki, Türkiyə demokratik, inkişaf edən ölkədir. Bu seçki Rəcəb Tayyib Ərdoğana olan xalq dəstəyidir. Bu həm Türkiyə, həm də onun dost ölkələri üçün vacib hadisədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. O, qarşıdakı illərdə region ölkələri arasındakı siyasi, iqtisadi məsələlərə toxunub.