SİYASƏT


Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çində səfərdədir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. AZƏRTAC xəbər verir ki, səfər zamanı Çin Kommunist Partiyasının (ÇKP) nümayəndələri və bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirilib.