SİYASƏT
Ərdoğanın qələbəsinin Zəngəzur dəhlizinə təsiri
29.05.2023 [23:08]
Azərbaycan-Türkiyə münasibətləri son onilliklərdə dinamik inkişaf edir. Burada siyasi, hərbi-siyasi, ticari yöndə olan münasibətləri göstərmək olar. 2021-ci ildə Şuşada imzalanan bəyannamə Azərbaycan-Türkiyə münasibətlərində indiki mərhələnin təməlidir. Biz müttəfiq dövlətlərik. Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.