MƏDƏNİYYƏT


Moskvadakı Etnoqrafiya Kitabxanasında Azərbaycan ədəbiyyatı sərgisi açılıb

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Moskvadakı Etnoqrafiya Kitabxanasında Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası, eləcə də Azərbaycanın görkəmli siyasi və ictimai xadimlərinə həsr olunmuş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, RAGB Azərbaycan guşəsinin açılması məqsədilə ölkəmizin siyasəti, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və təbiəti haqqında kitabları kitabxanaya bağışlayıb.