RƏSMİ


Kişineuda Prezident İlham Əliyevin Moldova Prezidenti Maya Sandu ilə görüşü olub

Mayın 31-də Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi.
Prezident Maya Sandu dövlətimizin başçısını Müstəqillik Günü və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təbrik etdi.