MƏDƏNİYYƏT


Moskvada diplomatların yaradıcılığından ibarət “Dünyanın rəngləri” sərgisi açılıb

Moskvada diplomatik korpusun duayeni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun təşəbbüsü, Rusiya Xarici İşlər Nazirliyinin dövlət protokolu departamentinin və Moskva Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə “Dünyanın rəngləri” yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada Moskvada fəaliyyət göstərən 16 səfirliyin əməkdaşlarının 150 əl işi nümayiş etdirilir. Diplomatlar rəngkarlıq, qrafika, art-obyekt və digər janrlarda müxtəlif mövzulara həsr olunmuş əl işlərini təqdim ediblər.